Alüminium Cəbhə Sistemləri

Alüminium cəbhələr

Alüminium cəbhə sistemləri inşaat və müasir memarlıq sahəsindəki fəaliyyət üçün geniş imkanlar yaradır.Aluminium fasadlar ən cəsarətli və qeyri-adi layihələri reallığa çevirməyə imkan verir .Buna əlavə olaraq, alüminium cəbhə yüksək səs keçirməz və istiliyə davamlı xüsusiyyətlərə malikdir. Alüminium cəbhə profillərinin dizayn paletləri və rəng çalarları onu müasir memarların ən sevimli konstruksiyalarından biri edir.

Alüminium cəbhə profilləri

Alüminium cəbhə profili binanın daşıyıcı divarına bərkidilən tam cəbhə konstruksiyası yaratmağa imkan yaradır. Fasad istənilən binaya dəbli görünüş verir.Bir qayda olaraq, сəbhə sistemini qurmaq üçün istifadə əsas material alüminium profildir.